Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilən beynəlxalq simpozium keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilən beynəlxalq simpozium keçiriləcək

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilən beynəlxalq simpozium keçiriləcək


AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində oktyabrın 2-3-də görkəmli mütəfəkkir, ictimai və dövlət xadimi Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibətilə beynəlxalq simpozium keçiriləcək.

Muzeydən bildiriblər ki, Azərbaycan, türk, ingilis, rus dillərində təşkil olunacaq simpoziumda Əhməd bəy Ağaoğlunun müsəlman Şərqində müasirləşmə problemləri ilə bağlı gördüyü işlərə, Azərbaycanda və Türkiyədə ictimai-siyasi, eləcə də türkçülüyün ideoloqlarından biri kimi fəaliyyətinə, onun müasirlərinə, Ağaoğluların Türkiyənin ictimai-siyasi həyatında roluna dair məruzələr dinləniləcək.

Simpoziumda iştirak etmək istəyənlər sentyabrın 10-dək məruzə tezislərini təşkilat komitəsinin farhadcabbarov@mail.ru və ya qabil-so@mail.ru e-poçt ünvanlarına göndərməlidir. Tezislər 3 min, 3 min 500 işarə həcmində olmalı, Times New Roman-12 şrifti və sətirlərarası 1interval ilə yığılmalıdır. Səhifənin əvvəlində müəllifin adı, soyadı, işlədiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi, elmi adı, elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır. Simpoziumda iştirak xərcləri iştirakçıların özləri tərəfindən ödənilir.

Geri dön