Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İdman gimnastlarımız Macarıstanda 6 medal qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > İdman gimnastlarımız Macarıstanda 6 medal qazanıblar

İdman gimnastlarımız Macarıstanda 6 medal qazanıblar


İdman gimnastlarımız Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə iştirak ediblər.

Turnirdə müxtəlif yaş kateqoriyalarında yarışan təmsilçilərimiz 6 medal qazanıblar.

Komandamızın hesabına ən çox medal yazdıran Rüstəm Əhməd olub. Belə ki, gimnastımız turnikdə gümüş, halqalarda və sərbəst hərəkətlərdə isə bürünc medal qazanıb. Gənc idmançımız qızıl medalını isə çoxnövçülükdə əldə edib.

Digər təmsilçimiz Mənsum Səfərov da dəstəli atda uğurlu çıxış nümayiş etdirib və bürünc medala sahib olub.

Yarışlarda daha bir medal qazanan gimnastımız Səməd Məmmədli olub. Turnikdə hərəkətlərinə görə S.Məmmədli yarışın bürünc medalına sahiblənib.

Geri dön