Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Uşaqların ürəyi Qarabağda döyünür” devizi altında tibbi müayinə aksiyası keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > “Uşaqların ürəyi Qarabağda döyünür” devizi altında tibbi müayinə aksiyası keçiriləcək

“Uşaqların ürəyi Qarabağda döyünür” devizi altında tibbi müayinə aksiyası keçiriləcək


Mərkəzi Gömrük Hospitalı 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların ürəyi Qarabağda döyünür” devizi altında tibbi müayinə aksiyası keçirəcək.

Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudovun rəhbərliyi ilə həkim briqadası və tanınmış xarici mütəxəssislər Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun Böyük Bəhmənli kəndlərindəki tibb məntəqələrində uşaqların təmənnasız tibbi müayinəsini aparacaqlar. Tibbi aksiya iki gün davam edəcək.

Geri dön