Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olur

Əhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olur


Əhər şəhərində Səttarxan bəndi turist düşərgəsinin infrastrukturu baxımsızlıqdan məhv olmaq üzrədir.

Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin nəzarətində olan düşərgə Azərbaycanın tarixi abidələri kimi diqqətdən kənarda qalıb, günü-gündən təxrib olunur.

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Əhər Səttarxan bəndi sahilində turist xidmətləri üçün təxminən 10 il əvvəl lazımi infrastruktur yaradılıb. Lakin baxımsızlıqdan və nəzarət olunmamasından yaradılan imkanlar və avadanlıqlar tədricən sıradan çıxıb, düşərgənin qalan hissəsidə məhv olmaq üzrədir.

Yerli əhali məşhur turist məkanının baxımsız vəziyyətdə olmasından şikayətlənir, onlar düşərgənin bərpa olunmasını tələb edir.
Əhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olurƏhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olurƏhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olurƏhər Səttarxan bəndi turist düşərgəsi baxımsızlıqdan məhv olur

Geri dön