Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məşhədin imam cüməsi: “Dövlət Teleradio Şirkəti qadın aparıcılar əvəzinə kişi aparıcılardan istifadə etsin”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məşhədin imam cüməsi: “Dövlət Teleradio Şirkəti qadın aparıcılar əvəzinə kişi aparıcılardan istifadə etsin”

Məşhədin imam cüməsi: “Dövlət Teleradio Şirkəti qadın aparıcılar əvəzinə kişi aparıcılardan istifadə etsin”


Məşhədin imam cüməsi Əhməd Ələmülhüda gülməli bəyanatla çıxıb edib.

O, Dövlət Teleradio Şirkətini bəzi verilişlərdə kişiləri qadınların yerinə istifadə etməyə çağırıb.

“Xəbərlər buraxılışında mütləq gözəl, səsi və özü incə xanım xəbər oxumalıdır? Dövlət televiziyasının bəzi verilişlərində xanımların yerinə kişi aparıcıları istifadə etmək olar, qadının aparıcı və ya diktor olması vacib deyil”- deyə Əhməd Ələmülhüda əlavə edib.

Axund daha sonra ölkədə hicab məsələsinə toxunub və ailələrin bu məsələyə riəyət etmədiyini deyib: “Bəzi üzdə dindar ailələr hicab və namus qaydalarına düzgün əməl etmirlər. Bir çox ailə məclislərində qızlar naməhrəm olan öz əmi və ya bibi oğluları ilə elə davranırlar ki, sanki qardaşları və ərləri kimi onlara məhrəmdirlər. Bu məclislərdə əmi qızı ilə əmi oğlu oturub, deyib-gülürlər, hansı ki, bu, doğru deyil”- deyə axund şikayətlənib.

Geri dön