Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zərif: “Amerika ilə müzakirə aparmaq üçün ölkənin yüksək rütbəli rəsmiləri qərar verməlidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Zərif: “Amerika ilə müzakirə aparmaq üçün ölkənin yüksək rütbəli rəsmiləri qərar verməlidir”

Zərif: “Amerika ilə müzakirə aparmaq üçün ölkənin yüksək rütbəli rəsmiləri qərar verməlidir”


İranın xarici işlər naziri Məhəmmədcavad Zərif mayın 31-də ölkənin “əl-Aləm” telekanalına müsahibəsində Tehranla Vaşinqton arasında mümkün müzakirələrdən danışıb.

Tramp hökumətini İrana qarşı mükəmməl bir iqtisadi savaş başlatmaqda günahlandıran Zərif deyib ki, İranın Amerika ilə danışıqlar aparmaq üçün hər hansı bir vasitəçiyə ehtiyacı yoxdur: “Amerika ilə müzakirə aparmaq üçün ölkənin yüksək rütbəli rəsmiləri qərar verməlidir. Hesab edirəm ki, hər hansı bir müzakirədən əvvəl, Qərbin İranla imzaladığı nüvə sazişinin icrası təmin edilməlidir. Danışıqların yalnız o vaxt mənası olar ki, qarşı tərəf üzərinə götürdüyü öhdəliklərə sadiq qalsın. Əvvəllər də bildirdiyimiz kimi, bizimlə Amerika arasında kiminsə vasitəçi rol oynamasına ehtiyacımız yoxdur.

Amerika qanunsuz olaraq, İrana qarşı iqtisadi bir savaş başlatdırıb. Düşünürəm ki, Vaşinqton bu siyasətini dayandırmalıdır. Bu siyasət dayandırılsa, o zaman mövcud siyasi atmosfer də dəyişəcək. Bəziləri elə güman edir ki, bizim ABŞ prezidenti Donald Trampla problemimiz var. Halbuki bu belə deyil. Keçmiş prezident Barak Obamanın prezidentliyi dövründə də, Amerika hökuməti üzərinə götürdüyü bütün öhdəliklərə əməl etmədi və öz əhdini pozdu.

Amerika nüvə məsələsində bizimlə imzalanmış hazırkı sazişdən daha yaxşısını heç vaxt əldə edə bilməyəcək. Farslarda belə bir misal var. Deyir ki, əvvəlcə qardaşlığını sübut elə, sonra irs iddiası elə. Hesab edirik ki, amerikalılar hər hansı bir müzakirədən əvvəl gəlib nüvə razılaşmasının qarşı tərəflərdən biri olduqlarını göstərməlidirlər. Bizim əldə etdiyimiz razılaşma mükəmməl bir sazişdir. Bu, iki səhifəlik yox, 150 səhifəlik bir sazişdir” –deyə Məhəmmədcavad Zərif əlavə edib.

Geri dön