Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı metrosu yeni qatarlar aldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Bakı metrosu yeni qatarlar aldı

Bakı metrosu yeni qatarlar aldı


Rusiyanın “Metrovaqonmaş" zavodu ilə “Bakı Metropoliteni” QSC arasında imzalanmış müqaviləyə əsasən, iyun ayı ərzində Azərbaycana yeni qatarlar gətiriləcək.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, ilkin mərhələdə iki qatar alınıb:
“Müasir standartlara cavab verən qatarlar ölkəyə gətiriləndən sonra sazlama və sınaq müddəti olacaq. Həmin qatarlar istismar müddəti başa çatan qatarları əvəzləyəcək”.
B.Məmmədovun sözlərinə görə, ilin sonunadək daha 4 qatar alınacaq:
“Hazırda daha 4 qatarın istehsal prosesi gedir”.

Qeyd edək ki, qatarların istimar müddəti 31 ildir. Müqaviləyə əsasən alınacaq 81-765 tipli, "Metrovaqonmaş" istehsalı olan 6 qatar istismarını başa vurmuş 81-714/717 tipli 6 qatarı əvəzləyəcək.

Geri dön