Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda “Sənədlər” xidməti əhalinin istifadəsinə verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Bildiriş > Azərbaycanda “Sənədlər” xidməti əhalinin istifadəsinə verilib

Azərbaycanda “Sənədlər” xidməti əhalinin istifadəsinə verilib


Azərbaycanda ilk dəfə olaraq bir neçə xidməti vahid nömrə altında təqdim edən "118 Məlumat Sorğu Xidməti" istifadəçilərinə yeni xidmət təqdim edib.
"118 Məlumat Sorğu Xidməti"ndən cümə günü verilən məlumata görə, avqustun 15-dən etibarən "Sənədlər" xidmətini istehlakçıların istifadəsinə verilib.
Artıq istifadəçilər "Sənədlər" xidmətinə müraciət etməklə onlara lazım olan sənədlərlə bağlı bütün suallara cavab tapa bilərlər.
"118 Məlumat Sorğu Xidməti"nin təqdim etdiyi yeni "Sənədlər" xidməti vasitəsi ilə xarici pasport, şəxsiyyət vəsiqəsi, doğum şəhadətnaməsi, hərbi bilet, xarici ölkələrə viza, sürücülük vəsiqəsi, avtomobil və ya ev alqı-satqısı və istənilən digər sənədlər üzrə məlumatı əldə edə bilərsiniz.
Xidmət vahid tarifdə ƏDV daxil olmaqla 1 dəqiqəsi 0.47 AZN dir.

Geri dön