Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bugün Bakıda Atletika üzrə Azərbaycan Çempionatı keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bugün Bakıda Atletika üzrə Azərbaycan Çempionatı keçiriləcək

Bugün Bakıda Atletika üzrə Azərbaycan Çempionatı keçiriləcək


İyunun 7-8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Atletika üzrə Azərbaycan Çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə reallaşacaq turnirdə qadınlar və kişilər iştirak edəcəklər.

AAF-dan bildiriblər ki, çempionatda 120-dək idmançı birincilik uğrunda mübarizə aparacaq. Atletlər qaçışın 7 (100, 200, 400, 800, 1500, 3000, 4x200 metr, estafet) növü üzrə öz güclərini sınayacaqlar. Bundan başqa, idmançılar tullanmanın üç (uzunluğa, hündürlüyə, üçtəkanlı) növü, nüvəitələmə, nizə atma və lövhə atma üzrə də mübarizə aparacaqlar.

Qaliblər federasiya və nazirlik tərəfin diplom və medallarla təltif ediləcək.

Geri dön