Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan parlamentariləri güneyli bacı-qardaşlarına yardım kampaniyasına qoşuldular
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan parlamentariləri güneyli bacı-qardaşlarına yardım kampaniyasına qoşuldular

Azərbaycan parlamentariləri güneyli bacı-qardaşlarına yardım kampaniyasına qoşuldular


Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) İran İslam Cümhuriyyətinin Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qoşulmaq üçün artıq müraciətlər daxil olur.

Bu barədə millət vəkili Novruz Aslan məlumat verib. O bildirib ki, ilk olaraq millət vəkili Ayaz Orucov öz dəstəyini təklif edib:

“Bir az bundan öncə Qənirə Paşayeva 2500 manat verərək kampaniyaya qoşuldu. Milli Məclisin üzvləri, “Qızıl Aypara”nın üzvləri və yerli komitələri tərəfindən də yardımlar edilir. İran tərəfinə müraciətlər olunacaq ki, bizə bank rekvizitləri göndərsinlər və biz yığılan vəsaiti zərərçəkənlərə göndərək. Ya da İran Hilal Əhmər Cəmiyyətinin Bakıdakı nümayəndəliyi vasitəsi ilə yığılan vəsait onlara çatdırılacaq. Bizim tərəfimizdən bu kimi təşəbbüslər Somalidə, Türkiyədə zəlzələ baş verəndə də edilmişdi”.

Geri dön