Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney azərbaycanlı fəallardan Abbas Lisani və Kazım Səfabəxşə dəstək... – VİDEO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney azərbaycanlı fəallardan Abbas Lisani və Kazım Səfabəxşə dəstək... – VİDEO

Güney azərbaycanlı fəallardan Abbas Lisani və Kazım Səfabəxşə dəstək... – VİDEO


Urmiyənin Şəhərçayı parkında hazırda Ərdəbil və Tehranın Evin həbsxanalarında saxlanılan güney azərbaycanlı milli-mədəni fəallar Abbas Lisani və Kazım Səfabəxşə (Koroğlu) dəstək nümayiş etdirilib.

İyunun 6-da tanınmış fəal Abbas Lisaninin aclıq aksiyasının 11-ci günündə iki milli-mədəni fəal Güney Azərbaycan Milli Hərəkatının bayrağını qaldıraraq adını çəkdiyimiz siyasi məhbuslara dəstək nümayiş etdiriblər. Onlar “Yaşasın Azərbaycan, Güney və Quzey”, “O tay, bu tay birliyi, vətənimiz bir, bayrağımız bir”, “Abbas Lisanilər və Kazım Koroğlular sağlığı...”, “Yaşasın Təbriz”, “Yaşasın Urmu gölü” və s. kimi şüarlar səsləndirərək güney azərbaycanlı siyasi məhbusların həbs edilməsinə öz etirazlarını bildiriblər.

Yanvarın 15-dən Ərdəbil zindanında saxlanılan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.
Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb.

“Tehran Traxturçuları”nın (“Traxtur” Təbrizin futbol komandasıdır) lideri olan Kazım Səfabəxş 2018-ci il noyabrın 21-də Təbrizin “Traxtur” futbol komandası ilə “Perspolis”in Tehranda keçirilən görüşü ərəfəsində axşam saatlarında saxlanılıb, o hazırda Evin zindanının 4-cü korpusunda saxlanılır.
Kazım Səfabəxşə yaxınları ilə görüş icazəsi verilmir, o yalnız neçə həftədən bir ailəsi ilə qısa telefon əlaqəsi saxlaya bilir. Məsullar dəfələrlə ona mülki vəsiqə qərarı ilə müvəqqəti azadlığa buraxılacağı barədə vəd veriblər, lakin verilən vədlər yerinə yetirilməyib.
Kazım Səfabəxş Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərindəndir.

Geri dön