Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvan Muxtar Respublikasında taxıl biçininə başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Naxçıvan Muxtar Respublikasında taxıl biçininə başlanılıb

Naxçıvan Muxtar Respublikasında taxıl biçininə başlanılıb


Muxtar respublikanın Ordubad, Culfa və Kəngərli rayonlarında taxıl biçininə başlanılıb. Bununla əlaqədar “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində səyyar müşavirə olub.

Müşavirədə cəmiyyətin Texniki şöbəsinin rəisi Həzi Həsənov builki taxıl biçinində 94 kombayn iştirak edəcəyini bildirib, kombaynların saz vəziyyətə gətirildiyini, kifayət qədər ehtiyat hissə alındığını deyib.

Qeyd olunub ki, biçin zamanı kombaynlara yerlərdə servis xidmətləri də göstəriləcək. Hər bir kombaynçı və sahibkar hər hansı bir problemlə üzləşərsə “Naxçıvan Aqrolizinq” ASC-yə və onun rayon bazalarına müraciət edə bilərlər. Onların hər bir müraciəti yerindəcə həll olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov diqqətə çatdırıb ki, torpaq mülkiyyətçiləri yaradılan şəraitdən səmərəli istifadə etməklə zəmiləri yaxşı becəriblər. Bu il taxılın alış qiymətləri növlərinə görə artırılıb. Belə ki, arpanın bir kiloqramının alış qiyməti 30, buğdanın 1 kiloqramı 35 və qarğıdalının 1 kiloqramı 40 qəpik olub. Verdikləri taxılın dəyəri nağd şəkildə təsərrüfat sahiblərinə yerindəcə ödəniləcək.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədov və nazirliyin bölmə rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidov ot-taxıl biçinində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məsələlərindən danışıblar.

Sonra kombaynçılara və sahibkarlara yanğın balonlarından istifadə qaydaları izah olunub, kombaynda baş verə biləcək müxtəlif nasazlıqların aradan qaldırılması ilə bağlı məsləhətlər verilib.

Geri dön