Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağdaşda zəmilərə hər gün 30-dan çox kombayn çıxarılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Ağdaşda zəmilərə hər gün 30-dan çox kombayn çıxarılır

Ağdaşda zəmilərə hər gün 30-dan çox kombayn çıxarılır


Ağdaş rayonunda taxıl biçini kampaniyası sürətlə davam etdirilir və qısa vaxtda 4 min 800 hektardan çox sahənin məhsulu yığılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə bölgədə 15 min 746 hektarda taxıl yetişdirilib. Bunun 4 min 272,9 hektarı buğda, 11 min 473,1 hektarı isə arpadır. Hər yerdə biçin kampaniyasına ciddi hazırlıqla başlanılıb, bütün qüvvələr məhsulun vaxtında və itkisiz toplanmasına səfərbər edilib. Hər gün zəmilərə 30-dan çox kombayn çıxarılır. Əksər ərazilərdə, xüsusilə daha çox taxıl əkilən Yuxarı Nemətabad, Ərəbocağı, Gürcüva, Qoşaqovaq, Pirkəkə və bir sıra digər ərazi dairələrində taxıl biçini daha mütəşəkkil aparılır.

Hələlik hər hektardan orta məhsuldarlıq 24 sentnerdir. Bu da ötən ildəki göstəricidən bir qədər çoxdur. Məhsuldarlığın artacağı gözlənilir.

Geri dön