Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputat: “Rusiya istəmədikcə Qarabağ məsələsində heç bir irəliləyiş olmayacaq”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Deputat: “Rusiya istəmədikcə Qarabağ məsələsində heç bir irəliləyiş olmayacaq”

Deputat: “Rusiya istəmədikcə Qarabağ məsələsində heç bir irəliləyiş olmayacaq”


Qarabağ məsələsinin danışıqlar yolu ilə həllində Paşiniyanla Putinin danışığının heç bir mənası olmayacağını düşünürəm.

Bu sözləri açıqlamasında millət vəkili Fərəc Quliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın Sank-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirdikləri görüşə münasibət bildirərkən deyib.

F.Quliyev əlavə olaraq qeyd edib ki: “Paşiniyan kimdi ki, Putin ondan məsləhət alsın. Putin bu cür danışıqlar zamanı Paşinyana göstərişlər verir. İstənilən məsələdə Paşinyanın verdiyi qərar və yaxud ortaya qoymaq istədiyi iradə heç nəyi dəyişməz, çünki nəzərə alınmır. Qarabağ müharibəsinin həllində baş verən poroseslər Rusiyanın xeyirinə olacaqdırsa, Rusiya tərəfindən yeniləmələr ediləcək. Əgər danışıqlarda əldə olunacaq razılaşmalar Rusiyanın maraqlarına uyğun deyilsə Putin heç nəyə icazə verməyəcək. Qarabağ məsələsini Rusiya yaradıb. Sadəcə olaraq Ermənistanı ora bağlayıb və onlardan istədiyi kimi istifadə edir. Ermənistan əyalət siyasəti yürüdür. Ermənistanın belə böyük siyasətdə oyunçu kimi görünmək istəyi illuziyadı və heç bir mənası yoxdur. Qarabağ məsələsinin tənzimləməsi ilə bağlı danışıqlar, təbii olaraq Ermənistanın əlində deyil. Rusiya istəyərsə Ermənistan adından istənilən qərarı verə bilər. Rusiya bu müharibəni sona çatdırmaq imkanına malikdir. Qarabağ müharibəsini Rusiya başladıb. Bu deyilməlidir, ancaq təəssüf ki, gizlədirlər. Ermənilərə dəsətəyi ruslar verib və arxasında durub. Rusiya istəmədikcə, hətta Ermənistan istəsə belə Qarabağ məsələsində danışıqlarla heç bir irəliləyiş olmayacaq. Paşinyanla Putinin danışığından Qarabağ məsələsinin həllinə dair heç bir şey çıxan deyil. Sadəcə olaraq özümüz özümüzü aldatmayaq. Problem ondan ibarətdir ki, prossesi ümumiyyətlə Rusiya aparır. Ermənistan və Paşinyan Rusiyanın icazəsi olmadan bir şey etmir. Onun Qarabağ ərazisinə gəlməsi ölkədə öz “imici”ni formalaşdırmaq, qondarma rejimin “rəhbərliyini” dəyişmək və bu kimi hallara görədir. Daxili auditoriyaya özünü “qəhrəman” kimi göstərmək istəyir. Hakimiyyət savaşı üçündür. Paşinyanın davranışlarının hamısı qeyri-qanuni hərəkətlər yığınıdır. Hesab edirəm ki, bunların Qarabağ məsələsi, Ermənistan Azərbaycan münaqişəsinin tənzimləməsi ilə bağlı heç nəyə təsiri yoxdur”.

Geri dön