Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azerbaijan International 2019” turnirinin qalibləri mükafatlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > “Azerbaijan International 2019” turnirinin qalibləri mükafatlandırılıb

“Azerbaijan International 2019” turnirinin qalibləri mükafatlandırılıb


Azerbaijan International 2019” turnirində 5 kateqoriya üzrə qaliblərin adları məlum olub.

Kişilərin şəxsi yarışında finalda isveçli Feliks Burestedtə 2:0 (21-13,21-12) hesabı ilə qalib gələn Danimarka badmintonçusu Ramsus Genke turnirin qalibi adını qazanıb.

Qadınların şəxsi yarışında Tailand badmintonçusu Pittayaporn Çaivan hamıdan güclü olub. O, həlledici görüşdə Belçika təmsilçisi Lian Tan üzərində 2:0 (21-15,21-16) hesablı qələbə qazanıb. Qarışıq qoşa yarışlarda fransalı Tom Jikel-Delfin Delru tandem alman Mark Lamsfuss-İzabel Hertriç cütündən güclü olub 2:1 (9-21,23-21,21-15). Qadınların qoşa yarışında ingiltərəli Kloe Börç-Lauren Smit cütü Rusiya idmançıları Yekatirina Bolotova-Alina Davletova 2:0 (21-18,21-12) hesabı ilə qalib gəlib.

"Azerbaijan International 2019" turnirinə kişilərin qoşa yarışı ilə yekun vurulub. Bu kateqoriya üzrə həlledici görüşdə İngiltərə badmintonçuları Markus Ellis-Kris Lanqric almaniyalı Mark Lamsfuss-Marvin Seidel cütünə 0:2 (17-21,21-23) hesabı ilə uduzub.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov, Türkiyə Badminton Federasiyasının prezidenti Murad Özmekik, Azərbaycan Badminton Federasiyasının vitse-prezidentləri Balaş Qasımov, Mirzə Orucov və Emin Zeynalov, Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev qaliblərə medal və müvafiq pul mükafatları təqdim ediblər.

Xatırladaq ki, ümumi mükafat fondu 25 min ABŞ dollar olan "Azerbaijan International 2019" turnirində 39 ölkədən 248 idmançı birincilik uğrunda mübarizə aparıb. Bu TOKİO - 2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran “International Challenge” kateqoriyalı yarışlar üçün rekord göstəricidir.

Geri dön