Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq auditoriyaya çağrış ünvanlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq auditoriyaya çağrış ünvanlayıb

Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq auditoriyaya çağrış ünvanlayıb


“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı beynəlxalq auditoriyaya daha bir çağrış ünvanlayıb.

İcmadan verilən məlumata görə, sosial medianın tələbləri nəzərə alınmaqla ingilis dilində hazırlanan video müraciət bu dəfə də Azərbaycan hökumətinin qərarı ilə “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilən Bakıdakı erməni kilsəsindən bəhs edir.

Video müraciətdə Azərbaycan xalqının multukulturalizim ənənələrinə sadiq qaldığı vurğulanaraq bildirilir ki, Bakının məkəzində erməni kilsəsi və bu kilsəyə aid olan ədəbiyyatlar qorunub saxlanıldığı halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində tarixi, mədəni, dini abidələri məhv edilir, qədim məscidlərin üzərlərindəki daş kitabələr dəyişdirilərək onların tarixi saxtalaşdırılır. Bildirilir ki, ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özünüküləşdiriblər. Beynəlxalq təşkilatların və onların rəhbərlərinin ünvanlarına göndərilən müraciətdə əsas məqsəd diqqəti ermənilərin vandal hərəkətlərinə yönəltmək, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrmizin dağıdılmasına son qoymağa nail olmaqdır.


Geri dön