Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Moldova parlamenti buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Moldova parlamenti buraxılıb

Moldova parlamenti buraxılıb


Moldova Prezidentinin səlahiyyətlərini icra edən Pavel Filip parlamentin buraxılması və sentyabrın 7-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə fərman imzalayıb.

P. Filip jurnalistlərə açıqlamasında deyib ki, partiyaları xalqın məhkəməsinə çıxmağa çağırır.

P. Filip eyni çağırışla Moldova Prezidenti İqor Dodona da müraciət etdiyini söyləyib. O, Demokrat Partiyasının növbədənkənar parlament seçkilərinə qarşı olduğunu, ancaq başqa seçimin olmadığını vurğulayıb.

Qeyd edək ki, fevralın 24-də Moldovada keçirilən parlament seçkilərindən sonra heç bir partiya parlament çoxluğu qazanmayıb. Bu səbəbdən də hökumətin qurulması üçün parlamentdə koalisiya formalaşdırmaq zərurəti yaranıb. Moldovanın Konstitusiya Məhkəməsinin qərarına əsasən, deputatlar iyunun 7-dək hökuməti formalaşdıra bilməsələr, prezident parlamenti buraxmalı idi. Moldova Prezidenti İqor Dodon isə iyunun 10-dək parlamenti buraxmayacağını bəyan etmişdi.

İyunun 8-də usiyayönümlü Sosialist Partiyası və avropayönümlü ACUM bloku parlament çoxluğunu formalaşdırıb və 3 aydan sonra yeni hökumətin qurulduğu elan edilib. İ. Dodon baş nazir postuna ACUM blokunun həmsədri Mayyu Sandunun namizədliyinin irəli sürüb və onun namizədliyi dəstəklənib. Ancaq Konstitusiya Məhkəməsi parlamentin bu qərarını qanunsuz elan edib. Parlament isə Demokrat Partiyasının məhkəmə yolu ilə hakimiyyəti mənimsəməyə cəhd etdiyini bəyan edib.

Bu gün isə Moldova Konstitusiya Məhkəməsi Prezident səlahiyyətlərini müvəqqəti baş nazir Pavel Filipə həvalə edib. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilib ki, P. Filip parlamenti buraxmalı və növbədənkənar parlament seçkiləri təyin etməlidir.

Moldova Prezidenti İqor Dodon isə Konstitusiya Məhkəməsinin Moldova Prezidenti səlahiyyətlərini baş nazir P.l Filipə həvalə etməsi barədə qərarını isə hakimiyyəti mənimsəməyə yönələn addım kimi qiymətləndirib. İ. Dodon Moldova Prezidenti "Facebook" sosial şəbəkəsindəki səhifəsində beynəlxalq ictimaiyyətindən hakimiyyətin ötürülməsi məsələsində vasitəçilik etməyi xahiş edib. İ. Dodon bildirib ki, Demokrat Partiyası hakimiyyəti parlament çoxluğuna və qanunu hakimiyyətə təhvil vermək istəmədiyi üçün başqa çıxış yolu yoxdur. Eyni zamanda xalqı etiraz aksiyalarına başlamağa çağırıb.

Geri dön