Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisinə və təmirinə 40 milyon manat vəsait ayrıldı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisinə və təmirinə 40 milyon manat vəsait ayrıldı

Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisinə və təmirinə 40 milyon manat vəsait ayrıldı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində siyahısı göstərilən təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 40 milyon manat vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Geri dön