Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara daha bir çağırış ünvanlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara daha bir çağırış ünvanlayıb

Dağlıq Qarabağın azərbaycanlı icması beynəlxalq təşkilatlara daha bir çağırış ünvanlayıb


Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni işğalı altında olan ərazilərimizdə məhv edilən tarixi, mədəni, dini irsimizlə bağlı beynəlxalq auditoriyaya daha bir çağırış ünvanlayıb. Sosial medianın tələbləri nəzərə alınmaqla ingilis dilində hazırlanan video müraciət bu dəfə də Azərbaycan hökumətinin qərarı ilə “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilən Bakıdakı erməni kilsəsindən bəhs edir.

Bu barədə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib.

Video müraciətdə Azərbaycan xalqının multikulturalizm ənənələrinə sadiq qaldığı vurğulanaraq bildirilir ki, Bakının mərkəzində erməni kilsəsi və bu kilsəyə aid olan ədəbiyyatlar qorunub saxlanıldığı halda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal altında olan ətraf rayonlarda tarixi, mədəni, dini abidələr məhv edilir, qədim məscidlərin üzərilərindəki daş kitabələr dəyişdirilərək onların tarixi saxtalaşdırılır. Ermənilər hətta XIX əsrdə Şuşada rus hərbçiləri üçün tikilmiş pravoslav kilsəsinin arxitekturasını dəyişərək özününküləşdiriblər. Beynəlxalq təşkilatların və onların rəhbərlərinin ünvanlarına göndərilən müraciətdə əsas məqsəd diqqəti ermənilərin vandal hərəkətlərinə yönəltmək, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrimizin dağıdılmasına son qoymağa nail olmaqdır.

Geri dön