Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vaşinqton meri ADR-in 101 illiyi münasibətilə Bəyannamə imzalayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Vaşinqton meri ADR-in 101 illiyi münasibətilə Bəyannamə imzalayıb

Vaşinqton meri ADR-in 101 illiyi münasibətilə Bəyannamə imzalayıb


ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 101 illiyi ilə əlaqədar olaraq Bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilir.

"Azərbaycan Respublikasının ABŞ-dakı hazırkı səfiri Elin Süleymanov və digər əvvəlki iki səfir fəallıq nümayiş etdirib və Vaşinqtonda böyük maraq göstərirlər", - deyə sənəddə qeyd edilir.

Azərbaycanın ABŞ-dakı səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyi və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanır.

Mer Bouzer imzaladığı Bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirir.

Geri dön