Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əmir Səttari Təbrizin Mərkəzi Zindanında aclıq aksiyasına başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Əmir Səttari Təbrizin Mərkəzi Zindanında aclıq aksiyasına başlayıb

Əmir Səttari Təbrizin Mərkəzi Zindanında aclıq aksiyasına başlayıb


Təbrizin Mərkəzi Zindanında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttari aclıq aksiyasına başlayıb.

Fəal iyunun 10-da yaxınları ilə qısa telefon əlaqəsi saxlayaraq aclığa başladığını bildirib.

Fəal “dosyesində olan iradlar və məhkəmə prosesinin ləngiməsi”nə etiraz olaraq aclığa başladığını deyib. O dosyesindəki iradları təhlükəsizlik orqanlarının qanunsuz müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirib.

Təbriz sakini olan Əmir Səttari universitetdə humanitar elmlər üzrə təhsil alır. O 2018-ci il iyulun 10-da 7 aylıq həbs cəzasını çəkmək üçün Təbrizin Mərkəzi Zindanına müraciət edib.

Fəal 2018-ci il yanvarın 1-də qondarma “daxili təhlükəsizliyinin əleyhinə toplaşma və sözləşmə” ittihamı ilə Təbrizdə Apelyasiya Məhkəməsinin qərarı ilə 7 ay həbs cəzasına məhkum edilib.

Əmir Səttari həmçinin virtual aləmdəki fəaliyyəti ilə bağlı Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib, hazırda bu dosyeyə Apelyasiya Məhkəməsinin 3-cü şöbəsində baxılır.

Əmir Səttari Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

N.S

Geri dön