Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "“Traxtur” komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > "“Traxtur” komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq"

"“Traxtur” komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq"


İranda super liqa yarışlarına seçilən futbol klubları yeni mövsümə hazırlaşır.

Artıq klublarının əksəriyyətinin baş məşqçisi müəyyən edilib, lakin bəzi komandalar, o cümlədən Azərbaycanın “Traxtur” komandasının baş məşqçisinin kim olacağı hələ də məlum deyil.

Son məlumata görə, “Traxtur”un icraçı direktoru Qulamrza Sadiqiyan bu məsələni həll etmək üçün Türkiyəyə səfər edib. Onun bir neçə xarici mütəxəssislə müzakirə apardığı bildirilir.

“Yeni baş məşqçi seçmək üçün Türkiyəyə gəldim. Biz bir neçə variant üzərində işləyirik. Klubun texniki heyəti də müxtəlif variantlar haqda müzakirələr aparır.”- deyə icraçı direktor bildirib.
Qulamrza Sadiqiyan “yeni baş məşqçi nə zaman seçiləcək, o Portuqaliya vətəndaşımı olacaq?” sualının cavabında bildirib ki, “hazırda müzakirə aparırıq. Yəqin ki, 2, 3 gün ərzində yeni baş məşqçinin adı məlum olacaq. Biz avropalı mütəxəssisə üstünlük veririk, lakin onun Portuqaliya vətəndaşı olub-olmayacağı məlum deyil.”

Bu xəbərdən bir gün öncə mətbuatda yayılan məlumatda isə yeni baş məşqçinin Türkiyə, Almaniya və ya Xorvatiyadan olacağı bildirilmişdir. Bəzi mətbuat orqanları isə “Traxtur”un keçmiş baş məşqçisi Toni Oliveranın yenidən komandaya qayıdacağını qeyd etmişdir.

N.S

Geri dön