Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Bakıda yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakıda yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək


İyunun 14-15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçiriləcək turnirdə qızlar və oğlanlar iştirak edəcəklər.

AAF-dan bildiriblər ki, çempionatda 80-dək atlet birincilik uğrunda mübarizə aparacaq. Atletlər qaçışın 7 (100, 200, 400, 800, 1500, 3000, 4x200 metr, estafet) növü üzrə məharətlərini göstərəcəklər. Bundan başqa, idmançılar uzunluğa, hündürlüyə, üçtəkanlı tullanma, nüvəitələmə, nizəatma və lövhəatma yarışlarında da mübarizə aparacaqlar.

Geri dön