Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünya Bankı Gürcüstanda təhsilin inkişafına 90 milyon avro vəsait ayıracaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Dünya Bankı Gürcüstanda təhsilin inkişafına 90 milyon avro vəsait ayıracaq

Dünya Bankı Gürcüstanda təhsilin inkişafına 90 milyon avro vəsait ayıracaq


Dünya Bankı Gürcüstanın təhsil sisteminin inkişafında iştirak edəcək. Bank bunun üçün Gürcüstana 90 milyon avro vəsait ayıracaq.

Bunu jurnalistlərə Gürcüstanın Baş Naziri Mamuka Baxtadze bildirib.

Onun sözlərinə görə, beynəlxalq maliyyə institutunun Gürcüstanda təhsil islahatlarını dəstəkləməsi olduqca əhəmiyyətlidir. Bu məbləğ təhsildə innovasiyalar, inklüzivlik və keyfiyyətin artırılmasını nəzərdə tutan layihələrə xərclənəcək. Layihə bütün ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə kömək edəcək və məktəb müəllimləri, ali məktəb tələbələri və məktəbəqədər təhsil müəssisələrini əhatə edəcək.

M.Baxtadze deyib ki, layihədən yüksək dağlıq bölgələrdə təhsil alan tələbələr də yararlana biləcəklər.

“Layihə çərçivəsində etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə şagirdlərin dəstəklənməsi üçün də ayrıca proqram nəzərdə tutulub”, – deyə M.Baxtadze vurğulayıb.

Xətayi Əzizov

Geri dön