Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə divarlara güney azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə divarlara güney azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb

Ərdəbildə divarlara güney azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb


Ərdəbil şəhərində divarlara güney azərbaycanlı siyasi məhbuslar, o cümlədən Abbas lisani və Əmir Səttarinin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb.

Milli-mədəni fəallar iyunun 17-də, Əmir Səttarinin aclıq aksiyasının 8-ci günündə şəhərin müxtəlif məhəllələrində divarlara aşağıdakı şüarları yazıblar:
“Biz Əmir Səttarinin səsiyik”, “Əmir Səttariyə özgürlük”, “Güney Azərbaycanın siyasi məhbuslarına gözgürlük”, “Azərbaycan var olsun – Lisani azad olsun” və s.

Əmir Səttari iyunun 10-dan Təbrizin mərkəzi zindanında aclıq aksiyası keçirir. O aksiyasının 7-ci günündə həbsxana məsulları tərəfindən döyülərək təknəfərlik kameraya aparılıb.

Tanınmış güney azərbaycanlı fəal Abbas Lisani isə yanvarın 15-dən Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. Mayın 27-dən aclıq aksiyası keçirən fəal iyunun 15-də aksiyasını şərti olaraq dayandırıb. O güney azərbaycanlı fəallar və ailə üzvlərinin müraciətindən sonra belə bir qərar verib.

Geri dön