Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şito-ryu karateçilərimiz Avropa çempionatında 6 medal qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Şito-ryu karateçilərimiz Avropa çempionatında 6 medal qazanıblar

Şito-ryu karateçilərimiz Avropa çempionatında 6 medal qazanıblar


Rumıniyanın Arad şəhərində şito-ryu karate üzrə VII Avropa çempionatı keçirilib. Azərbaycan Şito-Ryu Karate-Do Federasiyasından verilən məlumata görə, karateçilər Avropa çempionatında uğurla çıxış edərək 6 medal qazanıblar. Qitə çempionatında federasiyanın birinci vitse-prezidenti Natiq Hüseynovun rəhbərliyi altında mübarizə aparan idmançılarımız həm şəxsi, həm də komanda yarışlarında fərqləniblər. Şəxsi yarışlarda Mehman Eynalov 80 kiloqram çəki dərəcəsində II, açıq çəkidə III yeri tutub. Fuad Əliyev isə 80 kiloqramdan yuxarı çəkidə bürünc medal qazanıb. Yığmamızın daha bir üzvü Rəsul Əlizadə 80 kiloqramdan yuxarı çəkidə gümüş, acıq çəkidə bürünc medal qazanıb. Heyətində Mehman Eynalov, Rəsul Əlizadə, Fuad Əliyevin yer aldığı karateçilərimiz komanda yarışında üçüncü yerə layiq görülüblər.

Azərbaycan Şito-Ryu Karate-Do Federasiyasının rəhbəri Bahadur Əhmədov AZƏRTAC-a müsahibəsində yığma üzvlərinin qitə çempionatına yüksək səviyyədə hazırlaşdıqlarını deyib: “Nəticədən razıyıq. İdmançıların hazırlıq prosesinə, eləcə də yarışlarda iştirakına kömək göstərdiklərinə görə Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevə və birinci vitse-prezidenti Füzuli Musayevə minnətdarıq”.

Geri dön