Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Londonda nəqliyyatsız gün keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Londonda nəqliyyatsız gün keçiriləcək

Londonda nəqliyyatsız gün keçiriləcək


London şəhərinin meri Sadiq Xan havanın çirklənməsinin qarşısını almaq məqsədilə sentyabrın 22-də nəqliyyatsız gün elan edib.

Mer London Bridge, Tower Bridge və şəhər ətrafında olan bəzi yerlərdə nəqliyyatın istifadəyə qapalı olacağını açıqlayıb.

O bildirib ki, ilk dəfə şəhər mərkəzindəki yolların böyük hissəsi bağlı olacaq, bu da insanlara başqa vasitələrdən istifadə etmək imkanı yaradacaq.

Qeyd edək ki, havanın çirklənməsi ildə təxminən 40 min insanın erkən ölümünə səbəb olur.

Aynurə Tağıyeva

Geri dön