Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Suraxanıda tullantıların düzgün idarə olunmadığına görə bələdiyyə sədri cəzalanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Sosial > Suraxanıda tullantıların düzgün idarə olunmadığına görə bələdiyyə sədri cəzalanıb

Suraxanıda tullantıların düzgün idarə olunmadığına görə bələdiyyə sədri cəzalanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində tullantıların qalaqlandığı və düzgün idarə olunmadığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, faktla bağlı əraziyə cavabdeh Zığ qəsəbə bələdiyyəsinin sədri Kənan Nəsrullayev barəsində protokol tərtib edilib və ona inzibati qaydada 2500 manat məbləğində cərimə tətbiq olunub.

Tullantıların qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə düzgün idarə olunması tələbi ilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Geri dön