Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub

Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub


İtaliyanın Faenza şəhərində bir həftə davam edən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyası xəbər verir ki, yunan-Roma güləşi üzrə millimizin ardınca sərbəst güləş üzrə yığmamız da qitə birinciliyini uğurlu nəticələrlə başa vurub. Belə ki, sərbəst güləşçilərimiz İtaliyada 7 (1 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanıb. Bu nəticə ilə millimiz 153 xal toplayaraq komanda hesabında Avropa ikincisi olub. Rusiya 190 xalla birinci, Gürcüstan isə 140 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, yığmamızın heyətində Sabir Cəfərov (60 kq) Avropa çempionu olub. Murad Haqverdiyev (45 kq) ilə Cəbrayıl Hacıyev (65 kq) gümüş, Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) isə bürünc medal qazanıb.

Geri dön