Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tokio yaxınlığında 5,5 bal gücündə zəlzələ olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Tokio yaxınlığında 5,5 bal gücündə zəlzələ olub

Tokio yaxınlığında 5,5 bal gücündə zəlzələ olub


İyunun 24-də yerli vaxtla saat 9:11 dəqiqədə Tokio yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Çiba prefekturasının cənub sahillərində, ocağı 58 kilometr dərinlikdə yerləşib. Sunami xəbərdarlığı elan edilməyib.

Paytaxtda hiss edilən təkanların gücü Yaponiyanın yeddi ballıq zəlzələ cədvəlinə görə 4 bala çatıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev

Geri dön