Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiyə və Sulduzda iki güney azərbaycanlı fəal saxlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyə və Sulduzda iki güney azərbaycanlı fəal saxlanılıb

Urmiyə və Sulduzda iki güney azərbaycanlı fəal saxlanılıb


İki güney azərbaycanlı milli-mədəni fəal iyunun 22-də Urmiyə və Sulduz şəhərlərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Səccad Şoheyri və Musa Ziyagərgərinin yaxalandıqdan sonra naməlum istiqamətə aparıldığı bildirilir.

Məlumata görə, təhlükəsizlik qüvvələri Sulduzda Musa Ziyagərgərinin evinə hücum çəkərək onu saxlayıb, fəalın evində axtarış aparıldığı bildirilir.

Urmiyədə tutulan Səccad Şoheyrinin isə hansı şəraitdə saxlandığı barədə dəqiq məlumat yoxdur.

Deyilənlərə görə, hər iki fəal yaxalanmadan öncə təhlükəsizlik qüvvələri tərəfindən saxlanma ilə təhdid edilib.

Fəalların hansı səbəbdən saxlandığı hələlik bilinmir. Bu barədə saytımızda ətraflı məlumat yayılacaq.

Geri dön