Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı

ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı


ABŞ yalnız yeni və hərtərəfli saziş imzalanacağı təqdirdə İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır.

Bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.

O bildirib ki, yeni saziş həqiqətən də hərtərəfli olmalı, nüvə problemi, ballistik raket problemi və insan haqları ilə bağlı məsələləri əhatə etməlidir:

“Yalnız bu halda ABŞ tamamilə sanksiyaları ləğv edə və İranla diplomatik münasibətləri bərpa edə bilər”.

Nümayəndənin sözlərinə görə, hazırda isə Vaşinqton Tehrana iqtisadi təzyiqi davam etdirəcək.

Geri dön