Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tanınmış ustad aşıq Heydər Mahmudi Həmədanda vəfat edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Tanınmış ustad aşıq Heydər Mahmudi Həmədanda vəfat edib

Tanınmış ustad aşıq Heydər Mahmudi Həmədanda vəfat edib


Güney Azərbaycanın qocaman ustad aşıqlarından olan Heydər Mahmudi Həmədan şəhərində vəfat edib.

Uşaq yaşlarından aşıq sənəti ilə məşğul olan Heydər Mahmudi təxminən 70 il müddətində bu sənətə böyük töhfələr verib. O Qum-Sava-Həmədan aşıq məktəbinin məşhur saz-söz ustadlarından biridir.

Mərhum sənətkar Heydər Mahmudi iyunun 24-də Həmədanın “Bağ beheşt” qəbiristanlığında dəfn olunub. Onun dəfn mərasimi də həmin gün Fəhəngiyan şəhərciyində yerləşən Qəmər-i Bənihaşim məscidində keçirilib.

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıblar. Bu sənət Güney Azərbaycanda bütün manelərə baxmayaraq inkişaf etməkdədir.

Geri dön