Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vladimir Putin İnquşetiyaya yeni rəhbər təyin edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Vladimir Putin İnquşetiyaya yeni rəhbər təyin edib

Vladimir Putin İnquşetiyaya yeni rəhbər təyin edib


Mahmud Əli Kalimatov İnquşetiya rəhbəri vəzifəsini icra edəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Vladimir Putin yeni təyinatla bağlı müvafiq əmr imzalayıb.
Bildirilib ki, bundan əvvəl Rusiya Prezidenti respublikanın sabiq başçısı Yunus-Bek Yevkurovla görüşüb, onun istefasını qəbul edərək, işlədiyi dövrdəki xidmətlərinə görə təşəkkür edib.

Qeyd edək ki, İnquşetiyanın yeni rəhbər vəzifəsini icra edəcək Kalimatov 9 aprel 1959-cu ildə anadan olub. O, Kuybişev Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Samara, habelə İnquşetiya Prokurorluğunda çalışıb.

2015-ci ildən son təyinatadək Samara rayonunda Təbiətə Nəzarət İdarəsinə rəhbərlik edib.

Evlidir, iki övladı var.

Rəşad Sarıyev

Geri dön