Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > General Əli Nağıyevin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı - VİDEO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > General Əli Nağıyevin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı - VİDEO

General Əli Nağıyevin Qarabağ döyüşlərindəki görüntüləri yayıldı - VİDEO


Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevi Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin etdi.

Bu təyinat günlərdir müzakirə olunur.

Təhlükəsizlik məsələləri üzrə eskpert, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl Modern.az-a açıqlamasında 2004-cü ildən bəri -15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olunduğunu bildirib.

“Biz Əli Nağıyevlə birlikdə “Çaykənd əməliyyatı”nda, indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi var, həm anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs təyin edildi”,- deyə İ.İsmayıl bildirib.

Bu arada sosial şəbəkədə Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisi Əli Nağıyevin MTN xüsusi təyinatlılarının əməkdaşı kimi 1991-ci ildə Goranboydakı hərbi əməliyyatlarda iştirakını əks etdirən videogörüntüsü yayılıb. Söhbət İlham İsmayılın bəhs etdiyi hərbi əməliyyatlardan gedir.
Modern.az xüsusi xidmət orqanlarrının sabiq əməkdaşı Arzu Nağıyevin paylaşdığı həmin görüntüləri təqdim edir:


Geri dön