Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev İsrafil Məmmədovun vəfatı ilə bağlı başsağlığı verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş, Fərəc Quliyev > Fərəc Quliyev İsrafil Məmmədovun vəfatı ilə bağlı başsağlığı verib

Fərəc Quliyev İsrafil Məmmədovun vəfatı ilə bağlı başsağlığı verib


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev görkəmli alim, tanınmış yazıçı, tarixçi, publisist, ictiami-siyasi xadim, “Sovet Ermənistanı” qəzetinin son baş redaktoru İsrafil Məmmədovun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“İsrafil Məmmədov Azərbaycan xalqının olduqca dəyərli ziyalılarından biri idi. O, daim millətin inkişafına qatqılarının olmasına çalışan əsl bir ziyalı idi. Qərbi Azərbaycanda fəaliyyət göstərdiyi dönəmdə rus şovinist siyasəti və mənfur erməni əməllərinə qarşı soydaşlarını qoruyanlar sırasında idi. Bu mövqeyinə görə böyük hörmətə sahib olan İsrafil müəllim, Qərbi Azərbaycanda olan tarixi Türk mədəniyyətinin araşdırması və təbliğində də xüsusi xidmətləri olan bir alimdir. Məlum olduğu kimi, ermənilər onun tutarlı təqdimatlarına elmi cavab verə bilmədikləri üçün, xislətlərinə uyğun şəkildə terrora əl ataraq, İsrafil Məmmədovun evini partlatmışdılar.
İsrafil müəllim, araşdırmaları, bədii yaradıcılığı, elmi və ictimai-siyasi fəaliyyəti ilə xalqımıza böyük töhfələr vermiş şəxsiyyət idi. Onun dünyasını dəyişməsi xalqımız üçün olduqca ağır bir itgi oldu.
Bu itgi ilə bağlı şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından bütün onu sevənlərə dərin hüznlə başsağlığı verir, İsrafil müəllimə Allahdan rəhmət diləyirik.
Məkanı Cənnət, ruhu şad olsun!”

Geri dön