Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda turizm polisi yaradılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanda turizm polisi yaradılacaq

Azərbaycanda turizm polisi yaradılacaq


Azərbaycanda turizm polisi fəaliyyət göstərəcək.Bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, belə bir praktika hazırda dünyada mövcuddur. Turistlər getdikləri ölkədə hər hansı bir çətinliklə qarşılaşdıqda, onların müraciət edəcəkləri bir qurum olmalıdır ki, onların problemləri çevik şəkildə dinlənilsin, öyrənilsin və qiymətləndirilsin.

"Turizm polisi bu qurumlardan biridir. Adı polis səsləndirilməsi bir qədər çaşqınlıq yarada bilər, lakin onlar turistlərə xidmət göstərən şəxslərdir. Yəni, turistlər hər hansı çətinlik və ya narahatçılıqla üzləşdiyi zaman onların xidmətlərindən istifadə edə biləcəklər və biz bununla bağlı "qaynar xətt"in yaradılmasını düşünürük. "Qaynar xətt"ə müraciət edən turistlər həm məlumat ala, həm də üzləşdiyi problemin həlli ilə bağlı müraciət edə biləcəklər", - deyə K. Qasımov qeyd edib.

Geri dön