Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın müdafiə nazirindən İsrailə cavab
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İranın müdafiə nazirindən İsrailə cavab

İranın müdafiə nazirindən İsrailə cavab


İranın müdafiə naziri Əhməd Vəhidi İsrailin bəzi rəsmilərinin ölkənin İrana hücumu ilə bağlı son günlərdəki çıxışlarına münasibət bildirib və deyib ki, onlar militarist çıxışları ilə özlərinin məhvinə doğru irəliləyirlər.
"İranın hərbi qüvvələri hazırda çox yüksək səviyyədə hərbi hazırlıqdadır və hər hansı bir hücuma dağıdıcı zərbə ilə cavab verəcəklər", - Vəhidi deyib. Bu barədə MEHR agentliyi xəbər verir.
Beynəlxalq KİV-lərin məlumatına görə, İsrailin sabiq daxili işlər naziri bu ölkənin İrana hücum etmək üçün hazırlaşdığını deyib. O, bildirib ki, İran və İsrail arasında müharibə bir ay çəkəcək və bu müharibədə 500 nəfər həlak ola bilər.
"Sionist rejim rəsmiləri arasında ciddi ixtilaflar mövcuddur və belə çıxışların heç bir dəyəri yoxdur. Sionistlər öz kölgələrindən belə qorxurlar, bunun üçün də çalışırlar ki, səsə-küyə salmaqla öz qorxularını ört-basdır etsinlər", - Vəhidi bildirib.

Geri dön