Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı limanı və ATƏT Xəzərdə "yaşıl" limanların əlaqələndirilməsi üzrə layihəni işə salıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Bakı limanı və ATƏT Xəzərdə "yaşıl" limanların əlaqələndirilməsi üzrə layihəni işə salıb

Bakı limanı və ATƏT Xəzərdə "yaşıl" limanların əlaqələndirilməsi üzrə layihəni işə salıb


Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Taleh Ziyadov və ATƏT-in regionda iqtisadi və ekoloji fəaliyyətinin əlaqələndiricisi Vuk Jugiç “Xəzər regionunda yaşıl limanların inkişafına xidmət” layihəsini işə salıb.

Layihə Xəzəryanı regionda yaşıl limanların və əlaqələrin genişləndirilməsində Azərbaycan, Qazaxıstan və Türkmənistana kömək göstərməyə yönəlib. Bu layihə Avropa Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası və özəl sektorun aparıcı mütəxəssislərinin tərəfdaşlığı ilə həyata keçiriləcək.

Bundan başqa, üç ölkənin limanları arasında məlumat mübadiləsi üçün rəqəmsal platformanın yaradılması ilə bağlı planlar da var.

T.Ziyadov bildirib ki, Bakı limanı müasir standartlara uyğun fəaliyyət göstərir:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ATƏT-lə, eləcə də digər Xəzər limanları ilə əməkdaşlığı ətraf mühitin mühafizəsinin təmin olunmasında və Xəzər regionunda daha səmərəli məlumat mübadiləsinin sürətləndirilməsi istiqamətində növbəti vacib addımdır”.
V.Jugiçin sözlərinə görə, ATƏT-in bu layihəsi regionda dayanıqlılığın, təhlükəsizliyin və iqtisadi artımın möhkəmlənməsinə töhfə verəcək:

“Bərpa olunan enerji və enerji səmərəliliyi ətraf mühitə təsirin azaldılması probleminin həllinin bir hissəsidir”.

Geri dön