Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mərkəzi Elmi Kitabxana “Azərbaycandilli vikipediyada Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” adlı layihəni təqdim edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, DAVAMın yazıları > Mərkəzi Elmi Kitabxana “Azərbaycandilli vikipediyada Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” adlı layihəni təqdim edib

Mərkəzi Elmi Kitabxana “Azərbaycandilli vikipediyada Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” adlı layihəni təqdim edib


AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı Səfirliyi “Azərbaycandilli vikipediyada Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” adlı layihənin təqdimatını keçirib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova birgə əməkdaşlıq çərçivəsində Georq Hazainin şəxsi kitabxanasına MEK tərəfindən elektron kataloq və rəqəmsal bazanın təqdim edilməsi, Macarıstan Prezidenti Yanos Aderin qərarı əsasında hər iki ölkənin elmi-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə MEK-in Macarıstanın “Qızıl xaç” ordeni ilə təltif edilməsi, Macarıstan Elmlər Akademiyası tərəfindən kitabxanaya tanınmış elmi jurnalların və Georq Hazainin şəxsi kitabxanasının türkologiya aid hissələrinin hədiyyə edilməsi, Macarıstan səfirliyinin dəstəyi ilə macar şairi Mikloş Radnotinin “Bir Dəli Yağış” adlı şeir toplusunun təqdimatı və ümumilikdə macar müəlliflərinin Azərbaycan dilinə tərcümələri, Georq Hazai Ev-Kitabxanasının elektron kataloqunun dünya informasiya məkanına inteqrasiya istiqamətlərində əhəmiyyətli addımlar olaraq dəyərləndirib.

MEK-in Vikipediya Metodik Mərkəzinin Macarıstanla bağlı fəaliyyətindən danışan L.İmanova layihənin MEK-in Milli Rəqəmsl Yaddaş və İnformasiya təhlükəsizliyinin təmini kimi strateji hədəflərin tələblərinə cavab verməsindən, beynəlxalq aləmdə “Kitabxanada vikipediya” modelinin tətbiqinin effektivliyindən, layihənin işlək və davamlı olmasından, layihədə diplomatik nümayəndəliyin, fundamental informasiya qurumu olan elmi kitabxananın və könüllülərin sistemli şəkildə çalışmalarından, layihə nəticəsində çoxşaxəli informasiya toplusunun yaradılmasından, fəaliyyətə ali məktəblər tərəfindən marağın yaranmasından, iş prosesində komandanın və könüllülərin yeni bilik və bacarıqlara yiyələnməsindən danışıb. AMEA rəhbərliyinə və Macarıstan səfirliyinə bu unikal layihəyə dəyər və dəstək verdiklərinə görə təşəkkür edib.

MEK rəhbəri kitabxananın vikipediya fəaliyyətinin beynəlxalq ekpertiza tərəfindən də yüksək qiymətləndirildiyini, Macarıstanla bağlı layihənin bundan sonra da davam etdiriləcəyini və gələcəkdə mindən çox viki-məqalənin hazırlanacağını vurğulayıb.

Tədbirdə MEK-lə qarşılıqlı əməkdaşlıqdan söz açan Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkeny ikitərəfli münasibətlərin Azərbaycan-Macarıstan elmi-mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini bildirib. V.Szederkenyi ötən müdət ərzində səfirliyin kitabxana ilə birgə təşkil etdiyi “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans, “Bakıda Macarıstan günləri”nin, macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin və eyni adlı animasiya filminin macarcadan Azərbaycan dilinə tərcüməsi və təqdimatı, türkoloq Georq Hazai, siyasi-ictimai xadim İştvan Seçeni və Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş tədbirləri xatırladıb. Səfir MEK tərəfindən Macarıstanın əhalisi, adət-ənənələri, coğrafiyası, ədəbiyyatı, tarixi və mədəni irsinə dair 261 viki-məqalənin və portalın hazırlanıb Azərbaycandilli Vikipediyada yerləşdirilməsi layihəsinə xüsusi toxunub. Məqalələrin hər birinin səfirlik tərəfindən xüsusi diqqətlə oxunduğunu və peşəkarlıqla hazırlandığını qeyd edib.

Kitabxananın bu layihəsinin Macarıstanla bağlı məlumatların əldə edilmıəsi üçün əlverişli elektron yol hesab etdiyini deyən diplomat səfirliyin də layihənin davam etməsi üçün maraqlı olduğunu söyləyib. AMEA və MEK-in rəhbərliyinə, eləcə də kitabxananın kollektivinə birgə əməkdaşlığı dəstəklədiyi üçün minnətdarlığını bildirib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan- Macarıstan ikitərəfli elmi-mədəni əlaqələrinin genişləndirilməsində səfirlik və MEK-in birgə fəaliyyətini yüksək qiymətləndirib.

Akademik İsa Həbibbəyli türkologiyanın inkişafında macar alimlərin rolundan, Macarıstan Elmlər Akademiyasının institutlarının AMEA-nın institutları ilə elmi əlaqələrindən söz açıb. Bu münasibətlər zəminində əldə edilmiş nəticələrin son dərəcə əhəmiyyətli olduğunu deyib. Çoxşaxəli əməkdaşlığın ölkələrimiz arasında elmi və ictimai-siyasi əlaqələrin inkişafına böyük fayda verəcəyinə əminliyini bildirib.

Akademik MEK vikipediyaçılarının ölkəmizdə vikipediya hərəkatında qabaqcıl rol oyandığını xüsusi vurğulayıb. Onların Azərbaycan və dost ölkələrlə bağlı reallıqların təbliğinə mühüm töhfələr verdiyini qeyd edib.

Sonda MEK-in Sərbəst ensiklopedik resurslar şöbəsinin əməkdaşları – Mahirə Niftullayeva və Nuray Tanrıverdiyeva MEK və Macarıstan səfirliyinin birgə əməkdaşlığı və “261 + 1” layihəsi mövzusunda təqdimatla çıxış ediblər.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi

Geri dön