Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycandakı bir neçə məkan YUNESKO-nun Dünya irsi siyahısına namizəddir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Azərbaycandakı bir neçə məkan YUNESKO-nun Dünya irsi siyahısına namizəddir

Azərbaycandakı bir neçə məkan YUNESKO-nun Dünya irsi siyahısına namizəddir


Azərbaycandakı bir neçə məkanın YUNESKO-nun Dünya irsi siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur.

Bunu YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən Abidə Menecerləri Forumunda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, hazırda Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.

Nazir bildirdi ki, Hirkan milli parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsini vahid məkan kimi təqdim etmək istəyirik. Bu, gələcəyin məsələsidir. Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir”.
Nazir əlavə edib ki, YUNESKO-nun Dünya İrs Konvensiyasına uyğun olaraq Dünya irsi siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən mindən çox abidə daxildir.

Geri dön