Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndoneziyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrinə yenidən baxmayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > İndoneziyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrinə yenidən baxmayacaq

İndoneziyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrinə yenidən baxmayacaq


İndoneziyanın Konstitusiya məhkəməsi müxalifət nümayəndələrinin aprelin 17-də keçirilmiş prezident seçkilərinin nəticələrinə yenidən baxmaq barədə iddiasını rədd edib.

Bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb.

“İddiaçılar seçkilərin nəticələri ilə bağlı təqdim etdikləri məlumatların ölkədəki bütün seçki məntəqələrindən alındığını və səsvermənin tələblərinə tam cavab verdiyini sübut edə bilmədilər. Buna görə də Konstitusiya məhkəməsi nəticələrə yenidən baxmaq barədə tələbi hüquqi baxımdan əsassız hesab edir”, - deyə məhkəmənin hakimi Hidayat Arif bildirib.

Xatırladaq ki, İndoneziya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Coko Vidodo səslərin 55,5 faizini toplayaraq qalib gəlib. Onun rəqibi Prabovo Subianto isə səslərin 44,5 faizini toplayıb. Buna baxmayaraq, İndoneziya müxalifəti P.Subiantonun səslərin 52 faizini, C.Vidodonun isə 48 faizini topladığını bildirir.

Vüqar Ağayev

Geri dön