Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Osakada G20 ölkələri liderlərinin sammitinin ikinci günü başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Osakada G20 ölkələri liderlərinin sammitinin ikinci günü başlayıb

Osakada G20 ölkələri liderlərinin sammitinin ikinci günü başlayıb


İyunun 29-da Yaponiyanın Osaka şəhərində G20 ölkələri liderlərinin sammitinin ikinci günü başlayıb.

Sammitin birinci günündə liderlər əsasən ticarət və rəqəmsal iqtisadiyyat məsələlərini müzakirə ediblər. Forumun ikinci günü isə liderlərin əsas diqqəti iqlim dəyişmələri ilə bağlı məsələlərə yönəldəcəyi gözlənilir. Liderlərin dünya okeanını çirkləndirən plastik tullantıların azaldılması istiqamətində müzakirələr aparacağı bildirilir. Eyni zamanda, liderlər qadınların hüquq və imkan bərabərliyi probleminin həlli ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Şənbə günü sammit başa çatacaq. Birgə bəyanatın qəbulu isə əldə ediləcək konsensusdan asılı olacaq.

Tədbirə sədrlik edən Yaponiyanın Baş Naziri Şinzo Abe sammitin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, G20 ölkələri dünya ümumi daxili məhsulunun 80 faizdən çoxuna malikdir.

Vüqar Ağayev

Geri dön