Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycandan olan gənc mütəxəssislər Latviyada əməkdaşlığa dəvət ediliblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, Gənclik > Azərbaycandan olan gənc mütəxəssislər Latviyada əməkdaşlığa dəvət ediliblər

Azərbaycandan olan gənc mütəxəssislər Latviyada əməkdaşlığa dəvət ediliblər


Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Zanda Kalninya-Lukaşeviça Riqa Ali Hüquq Məktəbini bu il bitirən 46 xarici məzunla görüşüb. Avropa hüququ və iqtisadiyyatı üzrə məzunlar arasında Azərbaycan təmsilçiləri də var.

Görüşdə parlament katibi universitetdə qazanılmış təcrübənin iş imkanları baxımından perspektivli olduğunu bildirib və bu imkanları Latviyada da dəyərləndirməyi təklif edib. O deyib ki, proqram çərçivəsində təhsil nəinki Avropanın, həm də iştirakçı ölkələrdən gələn gənclərin bir-birindən öyrəndiklərinin vəhdətidir.

Proqramın budəfəki buraxılışında Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Moldova, Tacikistan, Qırğızıstan, Ukrayna və Özbəkistandan olan 46 tələbə iştirak edib. Onlar mühazirə və seminarlardan əlavə, Latviyanın dövlət strukturlarında, habelə Brüssel və Lüksemburqdakı beynəlxalq institutlarda təcrübə keçiblər.

Aygün Əliyeva

Geri dön