Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndoneziyada Asiyanın ən böyük terror təşkilatının lideri həbs edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Hadisə > İndoneziyada Asiyanın ən böyük terror təşkilatının lideri həbs edilib

İndoneziyada Asiyanın ən böyük terror təşkilatının lideri həbs edilib


İndoneziyanın hüquq-mühafizə orqanları tərəfindən Asiyanın ən böyük “Camaa İslamiyyə” terror təşkilatının lideri hesab edilən şəxs həbs olunub.

Bu barədə iyulun 1-də “The Straits Times” qəzeti Cakarta polisinə istinadla məlumat yayıb.

Bildirilir ki, Para Vicayanto iyunun 29-da Bekasi şəhərindəki evində həbs edilib. Onun evində aşkar edilən soyuq silahlar, ədəbiyyat və videogörüntülər müsadirə edilib.

İndoneziyanın hüquq-mühafizə orqanları P.Vicayantonun axtarışlarını 2003-cü ildən başlayaraq davam etdirirdilər. Ona qarşı bir sıra iri terror aktlarında, o cümlədən İndoneziyanın Bali adasında 2002-ci ildə çoxlu sayda insan tələfatı ilə müşayiət olunan terror hücumunda iştirak ittihamı irəli sürülüb. Həmin vaxt terror qruplaşmasının üzvləri tanınmış Kuta ərazisində və ABŞ-ın baş konsulluğunun binası yaxınlığında bir neçə partlayış törətmişdilər. Faciə nəticəsində 164-ü xarici ölkə vətəndaşı olmaqla 202 nəfər həlak olmuş, 200-dən çoxu isə yaralanmışdı.

Xüsusi xidmət orqanlarının bildirdiyinə görə, P.Vicayanto Malayziya, Filippin və Tailandda da fəaliyyət göstərən həmin terror təşkilatına 2008-ci ildə rəhbərlik edib.

Vüqar Ağayev

Geri dön