Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əfqanıstanda güclü partlayış nəticəsində çoxlu sayda ölən və yaralananlar var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Hadisə > Əfqanıstanda güclü partlayış nəticəsində çoxlu sayda ölən və yaralananlar var

Əfqanıstanda güclü partlayış nəticəsində çoxlu sayda ölən və yaralananlar var


Əfqanıstanın paytaxtı Kabilin mərkəzində baş vermiş güclü partlayış nəticəsində 10 nəfər həlak olub, 65 adam xəsarət alıb.

Reuters agentliyi xəbər verir ki, Əfqanıstan DİN-in mətbuat katibi Nəsrat Rəhimi partlayışın səhər saatlarında ölkənin Müdafiə Nazirliyinin yaxınlığında beş verdiyini bildirib. Onun sözlərinə görə, güclü partlayış əhalinin sıx olduğu yerdə olan yük avtomobilində törədilib. Bundan dərhal sonra Müdafiə Nazirliyinin idarəsinin binasına üç silahlı şəxs basqın edib və orada atışma başlayıb.

“Əl Cəzirə” telekanalının xəbərinə görə, partlayış nəticəsində ən azı 10 nəfər ölüb. Aralarında doqquz azyaşlının da olduğu 65 yaralı xəstəxanalara çatdırılıb. Digər agentliklər isə ölənlərin sayının 34 olduğunu bildirirlər. İnsidentin baş verdiyi rayon tamamilə təcrid olunub və əraziyə polis və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.

Heç bir terrorçu qruplaşma insidentlə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Geri dön