Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kabildə törədilən terror aktının məsuliyyətini “Taliban” üzərinə götürüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Hərb > Kabildə törədilən terror aktının məsuliyyətini “Taliban” üzərinə götürüb

Kabildə törədilən terror aktının məsuliyyətini “Taliban” üzərinə götürüb


Bazar ertəsi günü Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktının məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb

Bu barədə TOLOnews telekanalı məlumat yayıb.

Bomba paytaxtın diplomatik məhəlləsində partladılıb. Nəticədə azı 34 nəfər həlak olub, 68 nəfər yaralanıb. Ərazidə Əfqanıstan Milli Müdafiə Nazirliyinin binalarından biri yerləşir. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. Terror aktı ilə əlaqəsi olan iki silahlı qonşu binada gizlənərək güc strukturları ilə atışmağa başlayıb.

Geri dön