Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Liviyada qanunsuz saxlanılan Türkiyə gəmiçiləri azad olunublar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Liviyada qanunsuz saxlanılan Türkiyə gəmiçiləri azad olunublar

Liviyada qanunsuz saxlanılan Türkiyə gəmiçiləri azad olunublar


Liviyada üsyançı general Hafterin qanunsuz fəaliyyət göstərən “polis” qrupları tərəfindən saxlanılan Türkiyə vətəndaşları azad olunublar.

Məlumatı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) təsdiqləyib. Bildirilir ki, saxlanılan şəxslər Liviyadakı dənizçilik şirkətlərindən birində çalışan gəmiçilər olublar. Azad olunan şəxslər öz istəkləri ilə fəaliyyətlərini davam etdirmək üçün çalışdıqları gəmiyə qayıdıblar.

Qeyd edək ki, hadisə ilə əlaqədar Türkiyə XİN iyunun 30-da kəskin açıqlama vermişdi. Eyni zamanda, Türkiyənin güc strukturlarının rəhbərləri də hadisəyə ciddi reaksiya verərək xəbərdarlıq etmişdilər ki, əgər altı türkiyəli dərhal azad olunmasa general Hafterin dəstələrinə layiqli cavab veriləcək.

Sabir Şahtaxtı

Geri dön