Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fuad Muradov xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Fuad Muradov xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edib

Fuad Muradov xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edib


“Xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycana sərmayə qoyması çox yaxşı olar. Ona görə də biz bu istiqamətdə çox ciddi işlər həyata keçiririk”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında Memorandumun imzalanmasına həsr olunan mərasimdə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O, xaricdə yaşayan həmvətənlərimizin Azərbaycana sərmayə qoyması üçün daha əlverişli imkanlar yaradılacağını vurğulayıb:

“Prezident İlham Əliyevin bizim qarşımızda qoyduğu vəzifələrdən biri də xaricdə yaşayan soydaşlarımızla olan əlaqələrimizi inkişaf etdirmək və gələcəkdə həmvətənlərimizin Azərbaycan iqtisadiyyatına töhfə verməsinə nail olmaqdır. Heydər Əliyev Fondunun dəstəyilə Avropada Azərbaycandili məktəblər açılır. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Qarabağ adlı azərbaycandilli məktəblərimiz fəaliyyətə başlayıb. Artıq bu məktəblərin fəaliyyətində xaricdə yaşayan azərbaycanlı iş adamları da yaxından iştirak edirlər. Ona görə də biz xaricdə yaşayan azərbaycanlı iş adamlarının ölkəmizdə müxtəlif sahələrə investisiyalar qoymaqla gələcəkdə bu kimi təbliğatların daha da inkişaf etdirilməsi üçün imkanlar yaratmağı düşünürük”.

Geri dön