Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Abbas Musəvi: “İranın öz öhdəliklərini azaltması geriyə dönüşü olan prosesdir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Abbas Musəvi: “İranın öz öhdəliklərini azaltması geriyə dönüşü olan prosesdir”

Abbas Musəvi: “İranın öz öhdəliklərini azaltması geriyə dönüşü olan prosesdir”


İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib ki, ölkəsi nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə bağlı verdiyi qərardan geri dönə bilər.

O, bunun avropalıların atacağı “daha praktiki və tam addımlardan” asılı olduğunu deyib. Sözçü əlavə edib ki, Avropa İttifaqı qalan 10 günə yaxın müddət ərzində “İnsteks” adlanan xüsusi maliyyə kanalının əməli olaraq işə salınması üçün lazım olan bütün addımları atmalıdır, yoxsa İran öhdəliklərini azaltmaq istiqamətində ikinci mərhələyə start verəcək.

Xatırladaq ki, cari ilin may ayının 8-də İran Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayaraq, bildirmişdi ki, Avropa ölkələri tərəfindən İranın istəkləri qəbul edilməyəcəyi təqdirdə, rəsmi Tehran zənginləşdirilmiş uranın həcmi və Ərak ağır su reaktorunun modernləşdirilməsi ilə bağlı qəbul etdiyi məhdudiyyətləri ləğv edəcək.

Beynəlxalq Atom Enerjisi Agentliyi iyunun 1-də İranın zənginləşdirilmiş uran ehtiyatının 300 kiloqramı keçdiyini bəyan edib. Bu isə İranın nüvə razılaşmasını pozduğu anlamına gəlir.

Geri dön